"Barselona"nın futbolçusu Fransa yığmasının tarixinə düşdü

"Barselona"nın futbolçusu Fransa yığmasının tarixinə düşdü Qrizman yığmada 35-ci dəfə fərqlənib
Futbol
127
1 Aprel , 2021 10:36
Barselonanın futbolçusu Fransa yığmasının tarixinə düşdü
Antuan Qrizmann

İspaniyanın "Barselona" klubunda çıxış edən futbolçu Antuan Qrizmann Fransa millisinin tarixinə düşüb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna Bosniya və Herseqovinanı 1:0 hesabı ilə yendikləri DÇ-2022-nin seçmə oyununda nail olub.

Komandasının yeganə qolunu vuran Qrizmann yığmada 35-ci dəfə fərqlənib və bu göstəricidə David Trezegeni geridə qoyub.

Fransa yığmasında bombardirlik yarışına sabiq forvard Tyerri Anri başçılıq edir - 51 qol. İngiltərənin "Çelsi" komandasında çıxış edən Olivye Jiru 44 topla ikinci, Mişel Platini isə 41 qolla üçüncüdür.

Son xəbərlər

Orphus sistemi