"Barselona"nın futbolçuları həkimlərindən narazıdırlar

"Barselona"nın futbolçuları həkimlərindən narazıdırlar İspaniya Barselonasının futbolçuları klubun tibb işçilərinin fəaliyyətindən narazıdırlar.
Futbol
111
23 İyun , 2020 12:01
Barselonanın futbolçuları həkimlərindən narazıdırlar

İspaniya "Barselona"sının futbolçuları klubun tibb işçilərinin fəaliyyətindən narazıdırlar.

"Report" yerli TV3 kanalına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin zədəli futbolçusu Franki de Yonq Niderlandda müalicə olunmaq niyyətindədir.

"Barselona"nın həkimlərinin ona səhv diaqnoz qoyduqları iddia edilir. Yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsini qaçıra bilər.

Qeyd edək ki, daha əvvəl Samuel Yumtiti və Usman Dembele də oxşar vəziyyətlə üzləşib. Futbolçular klub həkimlərinin yanında deyil, Qətərdə müalicə almağa üstünlük veriblər.

Son xəbərlər

Orphus sistemi