"Barselona"nın baş məşqçisi qovuldu

"Barselona"nın baş məşqçisi qovuldu Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb.
Futbol
17 Avqust , 2020 01:56
Barselonanın baş məşqçisi qovuldu
Kike Setyen

Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb.  

"Report"un məlumatına görə, bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib. "Setyen işindən azad olundu" deyə o vurğulayıb. 

61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər. 

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8.   

Son xəbərlər

Orphus sistemi