"Barselona"nın baş məşqçisi qeyri-adi üsula əl atdı

"Barselona"nın baş məşqçisi qeyri-adi üsula əl atdı İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman paltardəyişmə otağında futbolçuların oturma sırasını dəyişdirib.
Futbol
10 Noyabr , 2020 18:47
Barselonanın baş məşqçisi qeyri-adi üsula əl atdı
Ronald Kuman

İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman paltardəyişmə otağında futbolçuların oturma sırasını dəyişdirib.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis komandada yaxşı və peşəkar atmosfer yaratmaq üçün yeni sxemin qurulmasında şəxsən iştirak edib.

Oturacaqlar elə qurulub ki, gənc oyunçular təcrübəli futbolçularla əyləşməli olub. Kataloniya təmsilçisinin kapitanı Lionel Messi mərkəz hissədə əyləşəcək. Argentinalı hücumçu bütün komanda yoldaşlarını görə və onları izləyə biləcək.

Son xəbərlər

Orphus sistemi