"Barselona"nın baş məşqçisi klub prezidenti ilə görüşdən danışdı

"Barselona"nın baş məşqçisi klub prezidenti ilə görüşdən danışdı "Belə görüşlərin olması normaldır. Komandanın çıxışı ilə bağlı narahatlıqlar var".
Futbol
18 İyul , 2020 17:27
Barselonanın baş məşqçisi klub prezidenti ilə görüşdən danışdı

"Belə görüşlərin olması normaldır. Komandanın çıxışı ilə bağlı narahatlıqlar var". 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu fikirləri İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Kike Setyen klub prezidenti Jozep Bartomeu ilə görüşü barədə danışarkən deyib. 

62 yaşlı mütəxəssis həll yolu tapmağa və vəziyyəti dəyişməyə çalışdıqlarını bildirib. Setyen görüşün məhz buna görə baş tutduğunu söyləyib: "Gələcəyə nikbinliklə hazırlaşmaq, Çempionlar Liqası matçına diqqət yetirmək istəyirik. İnanıram ki, bu turnirdə daha çox oyunumuz olacaq. Çempionlar Liqasını qazanmaq üçün daha yaxşı olmağa çalışacağıq". 

Qeyd edək ki, "Barselona"nın əsas rəqibi "Real Madrid" La Liqada 2019/2020 mövsümünün qalibi olub. Kataloniya təmsilçisi avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə İtaliya "Napoli"sini qəbul edəcək. Neapoldakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi