"Barselona" "Milan"ın futbolçusu ilə müqavilə bağlayıb

"Barselona" "Milan"ın futbolçusu ilə müqavilə bağlayıb İspaniya "Barselona"sı İtaliyanın "Milan"ın futbolçusu Frank Kessyeni heyətinə qatıb.
Futbol
220
22 Mart , 2022 18:06
Barselona Milanın futbolçusu ilə müqavilə bağlayıb

İspaniya "Barselona"sı İtaliyanın "Milan"ın futbolçusu Frank Kessyeni heyətinə qatıb.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Kataloniya klubu Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik ilkin müqavilə imzalayıb. 26 yaşlı oyunçu yeni komandasına cari mövsümün sonunda azad agent kimi keçəcək və illik 7 milyon avro maaş alacaq.

Qeyd edək ki, Frank Kessye 2017-ci ildən "Milan"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi