"Barselona" "Milan"ın futbolçusu ilə anlaşıb

"Barselona" "Milan"ın futbolçusu ilə anlaşıb İspaniyanın "Barselona" klubu İtaliya "Milan"ında çıxış edən Frank Kessye ilə anlaşıb.
Futbol
15 Mart , 2022 14:23
Barselona Milanın futbolçusu ilə anlaşıb

İspaniyanın "Barselona" klubu İtaliya "Milan"ında çıxış edən Frank Kessye ilə anlaşıb.

"Report" "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi Kataloniya təmsilçisinə keçəcək.

Kot d İvuardan olan oyunçu cari mövsüm "rossonerilər"in heyətində bütün turnirlərdə 29 matça çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Afrikalı futbolçu 2019-cu ildən "Milan"ın formasını geyinir.

Son xəbərlər

Orphus sistemi