"Barselona" Messinin komandanı tərk etmək istədiyini təsdiqlədi

"Barselona" Messinin komandanı tərk etmək istədiyini təsdiqlədi İspaniya "Barselona"sı komandanın kapitanı Lionel Messinin Kataloniya təmsilçisindən ayrılmağa qərar verdiyini təsdiqləyib.
Futbol
25 Avqust , 2020 22:09
Barselona Messinin komandanı tərk etmək istədiyini təsdiqlədi
Lionel Messi

İspaniya "Barselona"sı komandanın kapitanı Lionel Messinin Kataloniya təmsilçisindən ayrılmağa qərar verdiyini təsdiqləyib.

"Report" "Football Espana" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu bu barədə rəhbərliyə məlumat verib.

Bildirilib ki, 33 yaşlı hücumçu müqaviləsindəki xüsusi bənddən istifadə edərək sözləşməsini birtərəfli şəkildə pozmaq fikrindədir.

Amma "Barselona" təcrübəli oyunçunu heyətdə saxlamaq üçün bütün gücünü səfərbər etməyi planlaşdırır.

Qeyd edək ki, Messi ilə İngiltərənin "Mançester Siti", "Mançester Yunayted" klubları, Fransa PSJ-si və İtaliya "İnter"i yaxından maraqlanır.

Son xəbərlər

Orphus sistemi