"Barselona" bu gün məşqləri bərpa edəcək

"Barselona" bu gün məşqləri bərpa edəcək Barselona futbol klubu mayın 8-də fərdi məşqlərə başlayacağını bildirib.
Futbol
129
8 May , 2020 03:37
Barselona bu gün məşqləri bərpa edəcək

"Barselona" futbol klubu mayın 8-də fərdi məşqlərə başlayacağını bildirib.

“Report” xəbər verir ki, bu barədə klub özünün rəsmi saytında bildirib.

Qeyd edilir ki, futbolçular "Siutat Esportiva Joan Qamper" bazasına gələcək və yerli vaxtla saat 9:30-da məşqə başlayacaqlar. Oyunçular bazaya formada gələcək, məşq edəcək, sonra soyunma otaqlarına və məşq mərkəzinin başqa obyektlərinə baş çəkmədən dərhal bazanı tərk edəcəklər.

Qeyd edək ki, "Barselona”nın bütün oyunçularının və klubun personalının koronavirus testi mənfi nəticə verib. Buna görə onlara fərdi məşqlərə başlamağa icazə verilib.

“Barselona” ilə yanaşı, Madrid "Real”ının futbolçuları da həmçinin COVID-19 analizi veriblər.

Orphus sistemi