"Barselona" məşhur hücumçulardan imtina etdi

"Barselona" məşhur hücumçulardan imtina etdi İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko və son olaraq PSJ-də çıxış etmiş Edinson Kavani "Barselona"ya təklif olunub.
Futbol
26 Sentyabr , 2020 14:16
Barselona məşhur hücumçulardan imtina etdi

İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko və Fransa PSJ-sindən ayrılan Edinson Kavani "Barselona"ya təklif olunub. 

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hər iki hücumçudan imtina edib. 

Onlar klubun heyəti cavanlaşdırmaq və yeniləmək siyasətinə uyğun gəlməyib. "Barselona" oktyabrın 5-də transfer dönəmi bağlanmazdan əvvəl futbolçu satmayacağı təqdirdə, heç kimi almayacaq. Kataloniyalıların əsas hücumçusu Luis Suares "Atletiko"ya keçib. 

Qeyd edək ki, Edinson Kavani hazırda azad agentdir. Edin Cekonun "Roma" ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi