"Barselona" Məhəmməd Salahın transferi ilə bağlı gizli fəaliyyətə başlayıb

"Barselona" Məhəmməd Salahın transferi ilə bağlı gizli fəaliyyətə başlayıb İspaniya "Barselona"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.
Futbol
15 Noyabr , 2021 21:59
Barselona Məhəmməd Salahın transferi ilə bağlı gizli fəaliyyətə başlayıb

İspaniya "Barselona"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.

"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi misirli hücumçunun transferi ilə bağlı işlərə start verib.

İddiaya görə, 29 yaşlı forvardın keçidi ilə yeni baş məşqçi Xavi Ernandes və klubun prezidenti Juan Laporta şəxsən maraqlanır. "Barselona" rəhbərliyinin transfer işlərini gizli şəkildə davam etdirdiyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın mersisaydlılarla 2023-cü ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi