"Barselona" "Mançester Siti"nin futbolçusu ilə razılığa gəlib

"Barselona" "Mançester Siti"nin futbolçusu ilə razılığa gəlib İspaniya "Barselona"sı İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Ferran Torresi heyətinə qatmağa hazırlaşır.
Futbol
3 Dekabr , 2021 13:09
Barselona Mançester Sitinin futbolçusu ilə razılığa gəlib
Ferran Torres

İspaniya "Barselona"sı İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Ferran Torresi heyətinə qatmağa hazırlaşır.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi 21 yaşlı hücumameylli yarımmüdafiəçi ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Gənc oyunçu ilə 2026-cı ilin yayınadək sözləşmə imzalanacaq.

La Liqa klubu Torresi qış fasiləsində transfer etmək istəyir. Futbolçunun özü də bunun əleyhinə deyil. Hazırda "Barselona"nın "şəhərlilər"lə təzminat məbləği ilə bağlı danışıqları davam etdirdiyi bildirilib.

Qeyd edək ki, cari mövsüm "Mançester Siti"nin heyətində 7 oyun keçirmiş Ferran Torres 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Mançester təmsilçisi ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi