"Barselona" klubunda iki nəfərdə koronavirus aşkarlandı

"Barselona" klubunda iki nəfərdə koronavirus aşkarlandı İspaniyanın "Barselona" klubunun iki nümayəndəsi koronavirusa yoluxub.
Futbol
5 Yanvar , 2021 09:07
Barselona klubunda iki nəfərdə koronavirus aşkarlandı

İspaniyanın "Barselona" klubunun iki nümayəndəsi koronavirusa yoluxub.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən əsas komandanın bu günə nəzərdə tutulan məşqi ləğv edilib.

Virusa yoluxan şəxslərin adları açıqlanmayıb. Klub nümayəndələri və futbolçular bu gün yenidən testdən keçəcəklər.

Qeyd edək ki, "Barselona" yanvarın 6-da La Liqada "Atletik" (Bilbao) ilə qarşılaşmalıdır.

Son xəbərlər

Orphus sistemi