​"Barselona" klubu Messi və Neymarı sata bilər

​"Barselona" klubu Messi və Neymarı sata bilər Səbəb klubda yaranan maliyyə problemidir
Futbol
3 Dekabr , 2015 04:12
​Barselona klubu Messi və Neymarı sata bilər

Bakı. 3 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçuları Lionel Messi və Neymarla yollarını ayıra bilər. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, buna səbəb Kataloniya təmsilçisində olan maliyyə problemidir.

Komandanın oyunçularının, məşqçilərinin və texniki heyətin maaşı klub gəlirinin 73%-ni təşkil edir. Bu isə klub üçün olduqca böyük rəqəmdir. Bahalı oyunçular olan Messi və Neymarla yolların ayrılması nəticəsində isə maliyyə problemi həll olunacaq. Üstəlik, komandanın son mövsümdə qazandığı nailiyyətlər, o cümlədən Çempionlar Liqasındakı uğuru futbolçulara böyük miqdarda bonusların verilməsinə səbəb olub. Bu da ciddi maliyyə itkisi ilə nəticələnib.

Ancaq klub prezidenti Xosep Mariya Bartomeu komandanın liderini satmayacaqlarını deyib.

Bundan başqa, "Barselona" ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun adından istifadə haqlarını satmağı planlayır. Bununla yanaşı, sponsorlar "Qatar Airways" və "Nike"la məbləğin artırılması şərtilə yeni müqavilənin imzalanması da planlara daxildir.

Son xəbərlər

Orphus sistemi