"Barselona" kamerunlu qapıçını transfer etmək istəyir

"Barselona" kamerunlu qapıçını transfer etmək istəyir Bakı. 26 fevral. REPORT.AZ/ İspaniyanın Barselona klubu heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.
Futbol
26 Fevral , 2019 20:50
Barselona kamerunlu qapıçını transfer etmək istəyir

Bakı. 26 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yay transfer pəncərəsində qapıçısı Yasper Sillessenlə yollarını ayırmaq istəyir. Klub onun yerinə Hollandiya "Ayaks"ından Andre Onanı əsas namizəd hesab edir. 

22 yaşlı qapıçı "Ayaks"ın yetirməsidir və 2016-2017 mövsümündən etibarən əsas komandada oynayır. Kamerun millisinin də formasını geyinən Onan bu mövsüm bütün turnirlər daxil olmaqla 37 oyun keçirib. 

Son xəbərlər

Orphus sistemi