“Barselona” “Kadis”ə uduzub

“Barselona” “Kadis”ə uduzub İspaniya Primerasının 12-ci turunda “Kadis” “Barselona”nı qəbul edib
Futbol
6 Dekabr , 2020 02:40
“Barselona” “Kadis”ə uduzub

İspaniya Premyer Liqasının 12-ci turunda “Kadis” “Barselona”nı qəbul edib.

“Report” xəbər verir ki, “Ramon de Karransa” stadionunda keçirilən oyun meydan sahiblərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qol artıq 8-ci dəqiqədə vurulub. “Kadis”in hücumçusu Alvaro Ximenes meydan sahiblərinin azarkeşlərini sevindirib. Oskar Qarsia az qala topu öz qapısına göndərib, amma kataloniyalarının qapıçısı Mark-Andre ter Şteqen komandasını xilas edə bilib. Buna baxmayaraq, topa birinci çatan Ximenes qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 57-ci dəqiqəsində isə meydan sahiblərin müdafiəçisi Pedro Alkala avtoqola imza atıb – 1:1. Lakin cəmi 6 dəqiqə sonra “Kadis” yenə önə çıxmağı bacarıb – 35 yaşlı forvard Alvaro Neqredo, Kleman Lanqlenin səhvindən istifadə edərək, oyunda yekun hesabı müəyyənləşdirib - 2:1.

Son xəbərlər

Orphus sistemi