"Barselona" İspaniya Kubokunun 1/8 finalına çətinliklə yol açıb

"Barselona" İspaniya Kubokunun 1/8 finalına çətinliklə yol açıb "Barselona" futbol üzrə İspaniya Kubokunun 1/16 finalında "Kornella" ilə qarşılaşıb.
Futbol
22 Yanvar , 2021 04:23
Barselona İspaniya Kubokunun 1/8 finalına çətinliklə yol açıb

"Barselona" futbol üzrə İspaniya Kubokunun 1/16 finalında "Kornella" ilə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Katalon klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib oyunun əsas vaxtında müəyyənləşməyib.

Matçda hesabı 92-ci dəqiqədə Usman Dembele açıb, oyunun 120+1 dəqiqəsində Martin Braytvayt son nöqtəni qoyub.

Qeyd edək ki, "Barselona" qarşılaşmanın gedişatında iki dəfə penaltini reallaşdıra bilməyib. Əvvəlcə Miralem Pyaniç, sonra isə Dembele bu imkanlardan yararlana bilməyiblər.

Son xəbərlər

Orphus sistemi