"Barselona" İspaniya Kubokunun 1/4 finalına çıxıb

"Barselona" İspaniya Kubokunun 1/4 finalına çıxıb "Barselona" İspaniya kubokunun 1/8 final matçında Madridin "Rayo Valekano" komandası ilə qarşılaşıb.
Futbol
28 Yanvar , 2021 02:11
Barselona İspaniya Kubokunun 1/4 finalına çıxıb

"Barselona" İspaniya kubokunun 1/8 final matçında Madridin "Rayo Valekano" komandası ilə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Madriddə "Kampo de Valekas" stadionunda keçirilib və “Barselona”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 63-cü dəqiqədə madridlilərin müdafiəçisi Fransisko Qarsia açıb. "Barselona" yeddi dəqiqə sonra hesabı bərabərləşdirib – Messi fərqlənib.

Kataloniyalıların ikinci qolunu Frenki de Yonq vurub.

Bununla da "Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəlib.

Son xəbərlər

Orphus sistemi