"Barselona" ilə Messi arasında 555 milyon avroluq müqavilə

"Barselona" ilə Messi arasında 555 milyon avroluq müqavilə İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ilə 2017-ci ildə uzatdığı müqavilənin detalları üzə çıxıb.
Futbol
31 Yanvar , 2021 13:21
Barselona ilə Messi arasında 555 milyon avroluq müqavilə
Lionel Messi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ilə 2017-ci ildə uzatdığı müqavilənin detalları üzə çıxıb.

"Report"un məlumatına görə, bununla bağlı "El Mundo" nəşrində "Barselona"nı darmadağın edən müqavilə" başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, 4 illik müqavilə boyunca Messi 555 milyon avro qazanmalı imiş.

Məbləğin 138 milyon avrosunda vergi çıxılmalarını nəzərə alınmır. Bu, mövsüm üçün fiksə edilmiş ödəniş, habelə, 74,9 milyon avroluq mükafatdır.

115 milyon avro müqavilə bağlaması qarşılığında futbolçuya transfer haqqı kimi ödənilib. Bundan başqa, daha 78 milyon avro bonuslardır.

Qeyd edək ki, Lionel Messinin müqaviləsi 30 iyun 2021-ci ildə bitəcək. Argentinalı hücumçu "Barselona"nı ötən yay tərk etmək istəsə də, klubu onu buraxmayıb. Cari mövsüm Messi 23 oyunda 15 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi