"Barselona" İspaniya Kubokunun 1/8 finalında "Levante"yə məğlub olub

"Barselona" İspaniya Kubokunun 1/8 finalında "Levante"yə məğlub olub Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan Barselona səfərdə Levanteyə 1:2 hesabı ilə məğlub olub.
Futbol
11 Yanvar , 2019 04:53
Barselona İspaniya Kubokunun 1/8 finalında Levanteyə məğlub olub

Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan "Barselona" səfərdə "Levante"yə 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, hesabı 4-cü dəqiqədə ev sahiblərinin uruqvaylı müdafiəçisi Erik Kabako açıb.

Birinci hissənin ortalarında Borxa Mayoral Valensiya komandasının üstünlüyünü artırıb – 2:0. Qonaqlar matçın sonlarında Filippe Koutinyonun penaltidən vurduğu qol sayəsidə hesabdakı fərqi azaldıblar.

Komandalar arasında cavab qarşılaşması yanvarın 17-də keçiriləcək.

"Barselona" turnirin hazırkı qalibidir. Onlar ötən il finalda "Sevilya"nı 5:0 hesabı ilə darmadağın ediblər.

Son xəbərlər

Orphus sistemi