"Barselona" Holannı almaq üçün 4 futbolçusunu satmağa hazırdır

"Barselona" Holannı almaq üçün 4 futbolçusunu satmağa hazırdır İspaniyanın "Barselona" klubu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holannı almağı planlaşdırır
Futbol
170
13 Mart , 2021 03:36
Barselona Holannı almaq üçün 4 futbolçusunu satmağa hazırdır
Erlinq Holann

İspaniyanın "Barselona" futbol klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumçusu Erlinq Holannı almağı planlaşdırır.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

Qeyd edilir ki, “Barselona” oyunçunu almaq üçün Samuel Yumtiti, Martin Braytvayt, Filippe Koutinyo və Antuan Qrizmannla yollarını ayırmağa hazırdır.

Norveçlinin transferinin məbləği 100 milyon avro təşkil edə bilər.

Daha əvvəl Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. İyirmi bir yaşlı hücumçu turnirin tarixində ən tez 20 qola çatan oyunçu olub.

Norveçli forvard İspaniya "Sevilya"sı ilə 1/8 final mərhələsinin cavab görüşündə "dubl" edib. Beləliklə, Holann Çempionlar Liqasındakı 14 matçında 20 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi