"Barselona" hesabda iki dəfə irəli olduğu halda qələbəni əldən verib - VİDEO

"Barselona" hesabda iki dəfə irəli olduğu halda qələbəni əldən verib - VİDEO Kataloniya klubu "Selta" ilə səfərdə heç-heçə edib
Futbol
122
18 Aprel , 2018 02:58
Barselona hesabda iki dəfə irəli olduğu halda qələbəni əldən verib - VİDEO

Bakı. 18 aprel. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 33-cü turunda "Selta" "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, "Balaidos" stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qonaqlar matç boyu iki dəfə hesabda irəli çıxsalar da, ev sahibləri oyunda tarazlıq yarada biliblər.

"Barselona" (83 xal) çempionatın turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Selta" (44) isə 8-cidir.

İspaniya Primerası, 33-cü tur

"Selta Viqo" – "Barselona" - 2:2

Qollar: 0:1 – Dembele – 36, 1:1 – Honni – 45, 1:2 – Alkaser – 64, 2:2 – Aspas – 82.

Son xəbərlər

Orphus sistemi