"Barselona"dan gənc futbolçuya yeni müqavilə

"Barselona"dan gənc futbolçuya yeni müqavilə İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Futbol
24 İyul , 2020 17:29
Barselonadan gənc futbolçuya yeni müqavilə

İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatiyə yeni müqavilə təklif etməyə hazırlaşır. 

"Report" "Sport.es" saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumçunun İngiltərə "Mançester Yunayted"inin və digər top klubların diqqət mərkəzində olmasından narahatdır. 

"Barselona" futbolçu ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə bağlamaq niyyətindədir. Klub Fatinin maaşını və təzminat məbləğini də artırmağı düşünür. 

Qeyd edək ki, Ansu Fatinin "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, 2019/2020 mövsümündə 32 oyunda meydanda olub, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun transfer dəyəri 50 milyon avrodur. 

Son xəbərlər

Orphus sistemi