"Barselona" futbolçularının maaşlarını azaltdı

"Barselona" futbolçularının maaşlarını azaltdı "Barselona" klubunun mətbuat xidməti futbolçularla maaşların azaldılması haqqında razılaşmaya nail olunması barədə bildirib.
Futbol
865
28 Noyabr , 2020 02:32
Barselona futbolçularının maaşlarını azaltdı

"Barselona" klubunun mətbuat xidməti futbolçularla maaşların azaldılması haqqında razılaşmaya nail olunması barədə bildirib.

“Report” xəbər verir ki, maaşların ixtisarı kluba 122 milyon avroya qənaət etməyə imkan verəcək.

Daha əvvəl İspaniya KİV-i iddia edirdi ki, Katalon klubu maaşların azaldılması ilə 190 milyon avroya qənaət etməyi nəzərdə tutur.

"Barselona" buna qədər müdafiəçilər Jerar Pike və Kleman Lenqle, qapıçı Mark-Andre ter Şteqen və yarımmüdafiəçi Frend de Yonqla müqavilələrin uzadılması haqqında bildirib.

Futbolçular yeni müqavilələr imzalayaraq, qısamüddətli perspektivdə maaşların azaldılmasına razılaşdılar. Bu halda onlar sonrakı mövsümlərdə daha cəlbedici maliyyə şərtləri ilə razılaşmaların təklif ediləcəyini nəzərdə tuturlar.

Son xəbərlər

Orphus sistemi