"Barselona"nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi

"Barselona"nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi Rəhbərlik futbolçularla razılığın əldə olunacağına ümid edir. Bu, baş verməsə, klub məvacibləri birtərəfli şəkildə azaldacaq
Futbol
17 Oktyabr , 2020 12:46
Barselonanın futbolçuları maaşlarının azaldılmasından imtina etdi

İspaniya "Barselona"sının prezidenti Xosep Mariya Bartomeu növbəti dəfə futbolçulara və işçilərə müraciət edib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 57 yaşlı funksioner komanda üzvlərini maaşların 30 faiz azaldılması təklifi ilə razılaşmağa çağırıb. Lakin bu dəfə imtina cavabı alıb.

Məsələ ilə bağlı danışıqların oktyabrın 22-dək aparılacağı, hətta müddətin 5 noyabradək uzadıla biləcəyi qeyd olunub.

Rəhbərlik futbolçularla razılığın əldə olunacağına ümid edir. Bu, baş verməsə, klub məvacibləri birtərəfli şəkildə azaldacaq.

Qeyd edək ki, "Barselona" koronavirus pandemiyası səbəbindən 97 milyon avro itirib.

Son xəbərlər

Orphus sistemi