"Barselona" futbol klubu Kataloniyada keçiriləcək tətilə qoşulub

"Barselona" futbol klubu Kataloniyada keçiriləcək tətilə qoşulub Klubun bazası sabah bütün məşqlər üçün bağlı olacaq
Futbol
178
2 Oktyabr , 2017 21:57
Barselona futbol klubu Kataloniyada keçiriləcək tətilə qoşulub

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Barselona" futbol klubu Kataloniyada müstəqilliklə bağlı referendumdan sonra keçiriləcək tətilə qoşulub.

"Report" xəbər verir ki, bu barədə komandanın "Twiter" mikrobloqunda yazılıb.

"Barselona" FK "Table for Democracy" ictimai hərəkatı tərəfindən elan olunmuş ümumi tətilə qoşulur. Ona görə klub sabah bağlı olacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, heç bir komanda, eləcə də gənclər komandası sabah məşqə çıxmayacaq.

Kataloniyanın ictimai təşkilat və ittifaqları vətəndaşları oktyabrın 3-də keçiriləcək ümumi tətilə çağırıblar.

Son xəbərlər

Orphus sistemi