"Barselona" Filippe Koutinyonu transfer edib

"Barselona" Filippe Koutinyonu transfer edib "Liverpul" braziliyalının transferindən təqribən 160 milyon avro əldə edəcək
Futbol
6 Yanvar , 2018 23:13
Barselona Filippe Koutinyonu transfer edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu "Liverpul"un (İngiltərə) yarımmüdafiəçisi Filippe Koutinyonu heyətinə qatıb.

“Report” xəbər verir ki, bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, braziliyalı Kataloniya klubu ilə dəbbə pulu 400 milyon avro təşkil edəcək 5 il yarım müddətinə müqavilə imzalayacaq.

"Liverpul" braziliyalının transferindən təqribən 160 milyon avro əldə edəcək. Bu, dünyada ikinci bahalı transferdir. 

Son xəbərlər

Orphus sistemi