"Barselona" El-Klasikonun baş hakimindən federasiyaya şikayət etdi

"Barselona" El-Klasikonun baş hakimindən federasiyaya şikayət etdi İspaniyanın "Barselona" klubu La Liqanın VII turunun "Real Madrid"lə oyununun hakimliyindən narazı qalıb.
Futbol
741
26 Oktyabr , 2020 10:03
Barselona El-Klasikonun baş hakimindən federasiyaya şikayət etdi
0 : 00
0 : 00

İspaniyanın "Barselona" klubu La Liqanın VII turunun "Real Madrid"lə oyununun hakimliyindən narazı qalıb.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi El-Klasikonu idarə edən Xuan Martines Munueradan federasiyaya şikayət edib.

Klub hesab edir ki, VAR-a baxdıqdan sonra Kleman Lanqlenin rəqib müdafiəçi Serxio Ramosa qarşı hərəkətini penalti kimi dəyərləndirən referi yanlış qərar verib.

Daha əvvəl bildirilib ki, federasiya baş hakimin ünvanına sərt ifadələr işlədən "Barselona"nın baş məşqçisi Ronald Kumana 12 oyunluq cəza verə bilər.

Qeyd edək ki, "Nou-Kamp"da baş tutan El-Klasiko "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi