"Barselona" Dembele üçün şəxsi aşpaz və mühafizəçi ayırıb

"Barselona" Dembele üçün şəxsi aşpaz və mühafizəçi ayırıb Klub həkimləri futbolçunu nəzarətdə saxlayırlar
Futbol
14 Fevral , 2018 22:33
Barselona Dembele üçün şəxsi aşpaz və mühafizəçi ayırıb

Bakı. 14 fevral. REPORT.AZ/ "Barselona" rəhbərliyi yayda Dortmund "Borussiya"sından Kataloniya klubuna keçən hücumçu Usman Dembelenin komandaya uyğunlaşmasını tezləşdirməyə çalışır.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, forvardın düzgün qidalanması üçün şəxsi aşpaz ayrılıb.

Bundan əlavə, 20 yaşlı futbolçuya şəxsi mühafizəçi verilib. Həmçinin klubun həkimləri onu müntəzəm olaraq evində ziyarət edərək fiziki vəziyyətinə nəzarət edirlər.

Dembele cari mövsümdə "Barselona"nın heyətində İspaniya çempionatında 5 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi