"Barselona" 75 milyon avroya futbolçu alır

"Barselona" 75 milyon avroya futbolçu alır Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu Hollandiya “Ayaks”ının futbolçusu Frenki de Yonqu transfer etməyə yaxındır.
Futbol
9 Yanvar , 2019 10:23
Barselona 75 milyon avroya futbolçu alır

Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu Hollandiya “Ayaks”ının futbolçusu Frenki de Yonqu transfer etməyə yaxındır.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi üçün danışıqlar yekun mərhələdədir. Transfer məbləğinin 75 milyon avro olacağı bildirilir. Keçidin yanvarın 12-də elan olunacağı gözlənilir.

Qeyd edək ki, Frenki de Yonqla Almaniyanın “Bavariya”, İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klubları da maraqlanıb.

Son xəbərlər

Orphus sistemi