"Barselona"da prezidentliyə namizədlər Neymarla əlaqə saxladı

"Barselona"da prezidentliyə namizədlər Neymarla əlaqə saxladı İspaniyanın "Barselona" klubunda prezidentliyə namizədlərin bəziləri Fransa PSJ-sində çıxış edən Neymarla əlaqə saxlayıblar.
Futbol
518
14 Noyabr , 2020 12:00
Barselonada prezidentliyə namizədlər Neymarla əlaqə saxladı
Neymar

İspaniyanın "Barselona" klubunda prezidentliyə namizədlərin bəziləri Fransa PSJ-sində çıxış edən Neymarla əlaqə saxlayıblar.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, onlar 28 yaşlı hücumçunun növbəti mövsüm üçün planları barədə məlumat əldə etmək istəyiblər.

İddia olunur ki, Neymar Paris təmsilçisi ilə müqaviləsini yeniləmək fikrində deyil və 2021-ci ilin yayında komandadan ayrılmağı düşünür.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun paytaxt klubu sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. "Barselona"da prezident seçkiləri yanvarın 24-də planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi