"Barselona"da çıxış edən hücumçu Niderland klubuna keçib

"Barselona"da çıxış edən hücumçu Niderland klubuna keçib Ötən mövsüm icarə əsasında İspaniya "Barselona"sında çıxış edən "Sevilya"nın futbolçusu Lük de Yonqun yeni klubu bəlli olub.
Futbol
2 İyul , 2022 09:05
Barselonada çıxış edən hücumçu Niderland klubuna keçib

Ötən mövsüm icarə əsasında İspaniya "Barselona"sında çıxış edən "Sevilya"nın futbolçusu Lük de Yonqun yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu Niderlandın PSV komandasında çıxış edəcək.

Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Lük de Yonq 2014 - 2019-cu illərdə də PSV-nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi