"Barselona" çilili futbolçu ilə 3 illik müqavilə imzalayıb

"Barselona" çilili futbolçu ilə 3 illik müqavilə imzalayıb Bakı. 6 avqust. REPORT.AZ/ İspaniyanın Barselona klubu Almaniya təmsilçisi Bavariyanın futbolçusu Arturo Vidalı heyətinə qatıb.
Futbol
6 Avqust , 2018 16:14
Barselona çilili futbolçu ilə 3 illik müqavilə imzalayıb

Bakı. 6 avqust. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Bavariya"nın futbolçusu Arturo Vidalı heyətinə qatıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı çilili yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır. İspaniya mətbuatında "Barselona"nın Vidal üçün 20-25 milyon avro ödədiyi yazılıb. 

Qeyd edək ki, Vidal 2015-ci ildən "Bavariya"da çıxış edirdi. 

Son xəbərlər

Orphus sistemi