"Barselona" "Çelsi"nin kapitanı ilə danışıqları dondurub

"Barselona" "Çelsi"nin kapitanı ilə danışıqları dondurub "Barselona" İspaniya millisinin və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı Sesar Asplikueta ilə danışıqları dayandırıb.
Futbol
3 İyul , 2022 17:17
Barselona Çelsinin kapitanı ilə danışıqları dondurub

"Barselona" İspaniya millisinin və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı Sesar Asplikueta ilə danışıqları dayandırıb.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin London təmsilçisi ilə müqaviləsinin avtomotik olaraq, daha bir il uzanması səbəb olub.

"Zadəganlar"ın maliyyə tələbini qarşılamaqda çətinlik çəkən Kataloniya klubu danışıqlar prosesini dondurub.

Bununla belə, Xavi Ernandesin rəhbərlik etdiyi komandanın əsas hədəfi əvvəlkitək təcrübəli oyunçudur.

Qeyd edək ki, Sesar Asplikueta ötən mövsüm "Çelsi"də 47 oyun keçirib. O, 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi