KİV: "Barselona" Almaniya Bundesliqasının bombardiri ilə razılıq əldə edib

KİV: "Barselona" Almaniya Bundesliqasının bombardiri ilə razılıq əldə edib Bakı. 11 fevral. REPORT.AZ/ İspaniyanın Barselona klubu Almaniyanın Ayntraxt (Frankfurt) komandasının futbolçusu Luka Yoviçi heyətinə qatmağa çox yaxındır.
Futbol
44063
11 Fevral , 2019 18:40
KİV: Barselona Almaniya Bundesliqasının bombardiri ilə razılıq əldə edib

Bakı. 11 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının futbolçusu Luka Yoviçi heyətinə qatmağa çox yaxındır.

"Report" "Frankfurter Allgemeine Zeitung" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi serbiyalı hücumçu ilə müqavilənin şərtlərini razılaşdırıb. 

Lakin "Barselona" 22 yaşlı oyunçunun transfer haqlarına sahib olan "Ayntraxt" və Portuqaliya "Benfika"sı ilə danışıqlara başlamayıb.

İspaniyanın digər nəhəng klubu "Real Madrid"in də Yoviçi heyətinə qatmaq istədiyi bildirilib.

Qeyd edək ki, Luka Yoviç carı mövsüm Almaniya Bundesliqasında 19 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, çempionatda bombardirlər siyahısında ilk pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi