Bakı. 10 iyul. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Braziliya "Qremio"sunun futbolçusu Artur Ramosu transfer edib.
"Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçidən ötrü 31 milyon avro ödəniləcək. Daha 9 milyon avro isə bonus kimi nəzərdə tutulub.
"Barsa" ilə 6 illik müqavilə imzalayan 22 yaşlı oyunçunun dəbbə pulu 400 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Artur Ramos bu mövsüm "Qremio"nun heyətində Braziliya çempionatında 7 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm "Barselona" İspaniya çempionluğu və ölkə kubokunu qazanıb.