"Barselona" baş məşqçisini istefaya göndərə bilər

"Barselona" baş məşqçisini istefaya göndərə bilər İspaniya "Barselona"sının baş məşqçisi Ronald Kuman Almaniya "Bavariya"sına 0:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin I tur matçından sonra klub rəhbərliyi ilə görüşüb
Futbol
16 Sentyabr , 2021 14:26
Barselona baş məşqçisini istefaya göndərə bilər

İspaniya "Barselona"sının baş məşqçisi Ronald Kuman Almaniya "Bavariya"sına 0:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin I tur matçından sonra klub rəhbərliyi ilə görüşüb.

"Report" "Deportes Cuatro" nəşrinə istinadən xəbər verir ki, gərgin keçən görüşdə 58 yaşlı mütəxəssisə vəziyyəti düzəltmək üçün 4 oyunluq vaxt verilib.

Kataloniya təmsilçisi müsbət nəticələr əldə etməsə, niderlandlı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, "Barselona" növbəti 4 qarşılaşmasını La Liqada "Qranada", "Kadis", "Levante" və Çempionlar Liqasında Portuqaliya "Benfika"sına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi