"Barselona" azarkeşləri Kumanın istefaya göndərilməsini tələb edir

"Barselona" azarkeşləri Kumanın istefaya göndərilməsini tələb edir İspaniya "Barselona"sının azarkeşləri komandanın baş məşqçisi Ronald Kumanın "Qranada" ilə La Liqanın V tur matçındakı qərarlarından narazı qalıblar.
Futbol
21 Sentyabr , 2021 14:42
Barselona azarkeşləri Kumanın istefaya göndərilməsini tələb edir
Ronald Kuman

İspaniya "Barselona"sının azarkeşləri komandanın baş məşqçisi Ronald Kumanın "Qranada" ilə La Liqanın V tur matçındakı qərarlarından narazı qalıblar.

"Report" "Daily Star"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin müdafiəçi Jerar Pikeni mərkəz hücumçusu kimi oynatması fanatların xoşuna gəlməyib.

Tərəfdarlar sosial şəbəkələrdəki paylaşımları ilə Kumanın qərarını sərt tənqid ediblər. Bunu utancverici addım adlandıran bəzi azarkeşlər baş məşqçini öz işinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar. Bir qrup fanat isə 58 yaşlı mütəxəssisin istefaya göndərilməsini tələb edib.

Qeyd edək ki, "Barselona" - "Qrana"da matçı 1:1 hesabı ilə başa çatıb. Kataloniyalılar 90-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.

Son xəbərlər

Orphus sistemi