İspaniya La Liqası: "Barselona" "Atletiko"nu məğlub edib

İspaniya La Liqası: "Barselona" "Atletiko"nu məğlub edib Futbol üzrə İspaniya La Liqasında XXXI turun oyunları keçirilir.
Futbol
123
7 Aprel , 2019 00:40
İspaniya La Liqası: Barselona Atletikonu məğlub edib

Futbol üzrə İspaniya La Liqasında XXXI turun oyunları keçirilir.

"Report" xəbər verir ki, lider "Barselona" evdə ikinci pillədə qərarlaşan "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki hər iki qol oyunun sonlarına təsadüf edib. Luis Suares 85-ci, Lionel Messi isə 87-ci dəqiqədə fərqlənib. Qonaqların heyətində Dieqo Kosta 28-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub.

"Real Madrid" isə doğma azarkeşlər önündə "Eybar"la qarşılaşıb. Madrid təmsilçisi fasiləyə məğlub durumda yollansa da ikinci hissədə Kərim Benzemanın qolları sayəsində qələbə qazanıb - 2:1.

Qeyd edək ki, bu nəticələrdən sonra "Barselona" 73 xalla 1-ci, "Atletiko" 62 xalla ikinci, "Real Madrid" isə 60 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi