"Barselona" "Atletiko" ilə oyundan əvvəl Kumanı qovmayacaq

"Barselona" "Atletiko" ilə oyundan əvvəl Kumanı qovmayacaq İspaniyanın "Barselona" klubunun rəhbərliyi baş məşqçi Ronald Kumana daha bir oyunluq şans vermək qərarına gəlib.
Futbol
30 Sentyabr , 2021 15:37
Barselona Atletiko ilə oyundan əvvəl Kumanı qovmayacaq
Ronald Kuman

İspaniyanın "Barselona" klubunun rəhbərliyi baş məşqçi Ronald Kumana daha bir oyunluq şans vermək qərarına gəlib.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta La Liqanın VIII turunda "Atletiko" (Madrid) komandası ilə görüşdən əvvəl kollektivdəki vəziyyəti gərginləşdirmək istəmir.

O, hələ də "Barselona"nın yaxşı nəticələr qazana biləcəyinə ümid edir.

Niderlandlı baş məşqçi ilə bağlı qərar oktyabrın 2-də "Atletiko" ilə keçirəcəkləri qarşılaşmanın nəticəsinə əsasən veriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının qrup mərhələsinin II turunda Portuqaliyada "Benfika"ya 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi