"Barselona" Serxio Aqueroya təklif göndərdi

"Barselona" Serxio Aqueroya təklif göndərdi Onun "şəhərlilər"lə müqaviləsi yayda başa çatacaq
Futbol
114
10 Mart , 2021 17:42
Barselona Serxio Aqueroya təklif göndərdi
Serxio Aquero

İspaniyanın "Barselona" klubu İngiltərə "Mançester Siti"sində çıxış edən Serxio Aqueronu heyətinə cəlb etmək istəyir.

"Report" "TyC Sports"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu gün 33 yaşlı hücumçuya təklif göndərib.

"Barselona"nın yeni prezidenti Joan Laporta Aqueronun gəlişinin Messinin klubda qalmasına müsbət təsir edəcəyinə ümid bəsləyir. Aquero Messinin ən yaxın dostlarından biridir.

Qeyd edək ki, Serxio Aquero 2020/2021 mövsümündə 11 oyuna 2 qol vurub. Onun "şəhərlilər"lə müqaviləsi yayda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi