"Barselona" Aquero ilə danışıqlara başladı

"Barselona" Aquero ilə danışıqlara başladı Klub hücumçunun keçidinə mümkün variantlardan biri kimi baxır
Futbol
14 Aprel , 2021 15:42
Barselona Aquero ilə danışıqlara başladı
Serxio Aquero

İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Mançester Siti"sində çıxış edən Serxio Aqueronun agenti ilə danışıqlara başlayıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun keçidinə mümkün variantlardan biri kimi baxır.

"Şəhərlilər" argentinalı oyunçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Razılıq əldə olunarsa, Aquero "Barselona"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi