"Barselona" aparıcı futbolçusu ilə müqaviləni beş il müddətinə uzadıb

"Barselona" aparıcı futbolçusu ilə müqaviləni beş il müddətinə uzadıb Bakı. 28 fevral. REPORT.AZ/ İspaniyanın Barselona klubu aparıcı futbolçularından hesab olunan Jordi Alba ilə müqavilənin müddətini uzadıb.
Futbol
28 Fevral , 2019 19:01
Barselona aparıcı futbolçusu ilə müqaviləni beş il müddətinə uzadıb

Bakı. 28 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu aparıcı futbolçularından hesab olunan Jordi Alba ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı cinah müdafiəçisi ilə beşillik yeni müqavilə barədə razılıq əldə edib.

İspaniya millisinin də şərəfini qoruyan oyunçu 2024-cü ilin iyul ayına kimi "Barselona"da çıxış edəcək. İspaniya nəhəngi Albanın müqaviləsinə 500 milyon avro təzminat maddəsi də əlavə edib. Yaxın günlərdə klubun oyunçu ilə rəsmi müqavilə imzalayacağı bildirilib. 

Qeyd edək ki, Jordi Alba 2012-ci ildən "Barselona"da çıxış edir. O, komandanın heyətində 4 dəfə İspaniya La Liqasının, eyni sayda ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi