“Barselona” “Alaves”i darmadağın edib

“Barselona” “Alaves”i darmadağın edib İspaniya La Liqasının 38-ci turunda “Barselona” “Alaves”lə qarşılaşıb.
Futbol
19 İyul , 2020 20:58
“Barselona” “Alaves”i darmadağın edib

İspaniya La Liqasının 38-ci turunda “Barselona” “Alaves”lə qarşılaşıb.

“Report” xəbər verir ki, matç Vitoriyadakı stadionda keçirilib və “Barselona”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Ansu Fati “Barselona”nın ilk qolunu vurub. Oyunun 34-cü dəqiqəsində Lionel Messi Katalon klubunun hesabdakı üstünlüyünü artırıb. Birinci hissənin sonunda Luis Suares hesabı 3:0-a çatdırıb.

Qarşılaşmanın 57-ci dəqiqəsində Nelson Semedu Puçun ötürməsini qola çevirib. Oyunda son nöqtəni Messi qoyub – 5:0

“Barselona” bu qələbədən sonra 82 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir. “Alaves” 39 xalla 15-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi