"Barselona" 38 yaşlı sabiq futbolçusunu geri qaytarır

"Barselona" 38 yaşlı sabiq futbolçusunu geri qaytarır Braziliyalı futbolçu Daniel Alveş yenidən karyerasını İspaniyanın "Barselona" klubunda davam etdirə bilər
Futbol
10 Noyabr , 2021 14:20
Barselona 38 yaşlı sabiq futbolçusunu geri qaytarır

Braziliyalı futbolçu Daniel Alveş yenidən karyerasını İspaniyanın "Barselona" klubunda davam etdirə bilər.

"Report" "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı cinah müdafiəçisi bu həftə mümkün keçidini Kataloniya təmsilçisinin rəhbərliyi ilə müzakirə edəcək.

Rəhbərliyin fikrincə, komanda sağ cinah müdafiəsi mövqeyini gücləndirməlidir.

Alveş yaxın günlərdə klubla müqavilə müddətini və maaşını müzakirə edəcək. Baş məşqçi Xavi Ernandes də onun transferinə dəstək olacaq.

Qeyd edək ki, Daniel Alveş son olaraq ölkəsində "San-Paulu"nun formasını geyinib. O, 2008 - 2016-cı illərdə "Barselona"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi