"Barselona" 19 yaşlı futbolçuya 100 milyon avro ödəyə bilər

"Barselona" 19 yaşlı futbolçuya 100 milyon avro ödəyə bilər Bakı. 10 aprel. REPORT.AZ/ İspaniyanın Barselona klubu Almaniyanın Leyptsiq komandasının 19 yaşlı futbolçusu Dayo Upamekanonu transfer etmək niyyətindədir.
Futbol
10 Aprel , 2018 17:22
Barselona 19 yaşlı futbolçuya 100 milyon avro ödəyə bilər

Bakı. 10 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Almaniyanın "Leyptsiq" komandasının 19 yaşlı futbolçusu Dayo Upamekanonu transfer etmək niyyətindədir.

"Report"un "Telefoot"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi fransalı müdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.

Əslən qvineyalı olan oyunçu ilə İngiltərənin "Arsenal" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Dayo Upamekano 2017-ci ildən "Leyptsiq"də çıxış edir. O, cari mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyun keçirib və 1 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi