​"Baltsan"ın baş məşqçisi: "Neftçi"nin güclü hücum xətti var"

​"Baltsan"ın baş məşqçisi: "Neftçi"nin güclü hücum xətti var" "Neftçi"dən gözlədiyim oyunu gördüm
Futbol
6 İyul , 2016 19:52
​Baltsanın baş məşqçisi: Neftçinin güclü hücum xətti var

Bakı. 6 iyul. REPORT.AZ/ "Qonaqpərvərliyə görə "Neftçi"yə təşəkkür edirik. Bakıda bizə yaradılan şəraitdən razıyıq". "Report"un məlumatına görə, bu fikirləri Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Spiteri bu gün keçirilən mətbuat konfransında deyib. 

"Neftçi" ilə Avropa Liqasının I təsnifat mərhələsində sabahkı cavab oyunu haqda danışan mütəxəssis çox çətin matç olacağını bildirib: "İlk oyun da çətin keçdi. Amma bu dəfə geri dönüş edəcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik. "Baltsan" avrokuboklarda hələ çox kiçik komandadır. Yeriməyi öyrənməliyik ki, qaçmağı bacaraq".

Spiteri "Neftçi"də Araz Abdullayev, Rəhman Hacıyev və Ruslan Qurbanovun oyunlarını bəyəndiyini bildirib: "Birinci adını çəkdiyim futbolçu yüksək səviyyədədir. "Neftçi"nin güclü hücum xətti var. Bizim komanda isə gəncdir. Ötən illə müqayisədə dəyişiklik olub. "Neftçi"dən gözlədiyim oyunu gördüm. Bakı gözəl şəhərdir. Avropa Oyunları, "Eurovision" mahnı yarışması burada keçirilib. Siyasi münasibətlərimiz də yaxşıdır. İnanıram ki, Bakı gələcəkdə daha gözəl olacaq".

Son xəbərlər

Orphus sistemi