Bakıya Şimali İrlandiya yığmasının 300 azarkeşi gələcək

Bakıya Şimali İrlandiya yığmasının 300 azarkeşi gələcək Fanatlara öz davranışlarına diqqətlə yanaşmalarının vacibliyi barədə xəbərdarlıq olunub
Futbol
8 İyun , 2017 08:54
Bakıya Şimali İrlandiya yığmasının 300 azarkeşi gələcək

Bakı. 8 iyun. REPORT.AZ/ Futbol üzrə Şimali İrlandiya milli komandası Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına 300-dən çox azarkeş gətirəcək. "Report"un Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qonaq fanatlar Tofiq Bəhramov adına Respublika stadionunun 27-28-ci sektorlarında yerləşdiriləcəklər.

Azarkeşlər üçün hazırlanan bələdçi kitabçasında səfər, təhlükəsizlik və ümumilikdə Bakı ilə bağlı məsləhətlər əksini tapıb. Öncədən "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulan görüşün mərkəzə yaxın Respublika stadionuna keçirilməsi müsbət qiymətləndirilib. Kitabçada Bakının metro stansiyaları, arenanın Fontanlar Bağına metro və taksi ilə gediş-gəliş üçün yaxınlığı, eləcə də rəqib komandanın baş məşqçisi Maykl O`Nillə azarkeş qrupunun rəhbəri Qari Makallisterin tərəfdarlara müraciəti əksini tapıb. O`Nil görüşün əhəmiyyətindən, Makallister isə şəhərin xüsusən turizm mərkəzi sayılmayan hissələrində fanatların öz davranışlarına diqqətlə yanaşmalarının, lazım gəldikdə Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlamalarının vacibliyindən bəhs edib.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya qarşılaşması saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi