Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakının 2020-ci il Avropa çempionatının 4 oyununa ev sahibliyi etməsi ilə əlaqədar hazırlanan loqonun təqdimat mərasimi keçiriləcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir sentyabrın 30-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Mərasimə giriş dəvətnamə ilə olacaq.
Qeyd edək ki, Bakı AVRO-2020-də qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.