Bakının "İnter" klubunda yeni təyinatlar olub

Bakının "İnter" klubunda yeni təyinatlar olub Texniki direktor Roland Vromansa media işçiləri kömək edəcək
Futbol
21 Noyabr , 2014 17:53
Bakının İnter klubunda yeni təyinatlar olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakının "İnter" idman klubunun Müşahidə Şurasının iclası keçirilib. Klub prezidenti Georgi Nikolovun "Report"a verdiyi məlumata görə, toplantıda klubun idman departamentinin strukturu nəzərdən keçirilib.

O bildirib ki, şura üzvlərinə yeni texniki direktor Roland Vromans təqdim olunub. Hollandiyalı mütəxəssis qarşıdakı 5 il üçün klubun texniki-idman istiqamətlərində inkişaf perspektivlərinə dair baxışlarını təqdim edib. Direktorlar Şurasının hər bir üzvü ona suallarını verərək, klubdakı işin ayrı-ayrı detallarını müzakirə ediblər. R.Vromans həmçinin öz departamentinin yeni əməkdaşlarını təqdim edib. Bunlar daha öncə klubun İctimaiyyətlə əlaqələr departamentində çalışmış Aleksey Barvinski və Yusif Abdullayevdir.

Qeyd edək ki, R.Vromans texniki direktor vəzifəsində Natiq Məmmədovu əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi